Bakıda avtomobil yanır, yolda tıxac yarandı - Video
Bakıda metronun “20 Yanvar” stansiyası yaxınlığında avtomobil yanır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, avtomobilin söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.
Hadisə nəticəsində Moskva prospektində ciddi tıxac yaranıb.
Hazırda yanğının tam söndürülməsi üçün iş aparılır.