Mirzoyan ərəb ölkəsinə səfərə gedir
Aprelin 28-29-da Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qətər dövlətində rəsmi səfərdə olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Qətərin yüksək rütbəli rəsmiləri, o cümlədən ölkənin baş naziri və xarici işlər naziri ilə görüşlər planlaşdırılır.