“Titanik”in sərnişininin saatı rekord qiymətə satıldı
“Titanik” gəmisinin varlı sərnişininə məxsus olmuş qızıl cib saatı 1,175 milyon funt sterlinqə satılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniyanın “Henry Aldridge & Son” hərrac evi məlumat yayıb.
Bununla da məşhur gəmidən çıxan əşyalarla bağlı rekord yenilənib. “Titanik” sərnişininə məxsus skripka 2013-cü ildə 1,1 milyon funt sterlinqə satılmışdı.