Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ferqus Auld Naxçıvana səfər edib.

BUTA.TV xəbər verir ki, səfir bununla bağı rəsmi X hesabında paylaşım edib.

Paylaşımlarda Batabat gölləri, Əshabi-Kəhf ziyarətgahı, Qarabağlar Türbə Kompleksi və Duzdağ Fizioterapiya Mərkəzindən fotolar yer alıb.