“Assoşeyted Press” (AP) agentliyinin əməkdaşı Sergey Karelin Rusiyanın Murmansk şəhərində saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.

“Assoşeyted Press” rusiyalı jurnalist Sergey Karelinin saxlanılmasından narahatdır. Məlumatı dəqiqləşdiririk”, - məlumatda qeyd olunub.

Bildirilib ki, 41 yaşlı Karelin həm Rusiya, həm də İsrail vətəndaşıdır və AP, “Döyçe Velle” kimi mətbuat orqanları ilə əməkdaşlıq edib.

Agentliyin məlumatına görə, əməkdaşı aprelin 26-da saxlanılıb və ekstremizmdə günahlandırılır.