İki gün öncə qəzaya düşən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir xəstəxanadan evə buraxılıb.

BUTA.TV xəbər verir ki, bu barədə nazir özünün X səhifəsində məlumat verib.

“Hadassa” xəstəxanasında keçirdiyim iki günü dayandırıram. Həkimlər məndən dincəlməyi xahiş etdilər, lakin işə qayıdacağam”, - nazir bildirib.

Qeyd edək ki, aprelin 26-da İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin xidməti avtomobili qəzaya düşmüşdü.