İsrail HƏMAS hərəkatını tamamilə məhv etməyə, həmçinin Qəzza zolağında saxlanılan bütün girovları azad etməyə borcludur.

BUTA.TV xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

"Qəzzada HƏMAS-ı məhv etmək, eləcə də girovları qaytarmaq öhdəliyimiz var, biz bu iki şey üzərində işləyirik və bu iki amilin həyata keçirilməsinə sadiqəm",- o bildirib.

Eyni zamanda, Qalant etiraf edib ki, bu məqsədlərə nail olmaq daha uzun çəkə bilər:

"Nə qədər vaxt aparsa da, biz bu tapşırığı yerinə yetirməliyik".