Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin sözçüsü Nazeli Baqdasaryan deyib.

O bildirib ki, söhbət zamanı tərəflər Tavuş vilayətində delimitasiya və Azərbaycanla danışıqları müzakirə ediblər.

Rəsmilər aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsini də müzakirə ediblər.

Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini müsbət qiymətləndirib.