Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Hərəkətdə olan VAZ 21099 markalı minik avtomobili ağaca çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.