ABŞ və Britaniya hərbi qüvvələri Yəmənin husilərin nəzarətində olan Hüdeyda əyalətinə zərbələr endirib.

BUTA.TV xəbər verir ki, bu barədə “Əl-Mayadin” məlumat yayıb.

Bildirilib ki, Əs-Salif sahil zonasındakı Ras-İsa limanı hücuma məruz qalıb.

Əməliyyatın nəticələri ilə bağlı məlumat verilmir.