Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk görüşləri keçiriləcək.

BUTA.TV xəbər verir ki, "Aston Villa" "Olimpiakos"u qəbul edəcək.

Gecənin digər oyununda ötən ilin finalçısı "Fiorentina" İtaliyada Belçika təmsilçisi "Brügge"ni sınağa çəkəcək.

UEFA Konfrans Liqası

Yarımfinal, ilk oyunlar

2 may

23:00. "Aston Villa" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

"Villa Park" stadionu

23:00. "Fiorentina" (İtaliya) - "Brügge" (Belçika)

"Artemio Franki" stadionu