Sumqayıtda 48 yaşlı həkim vəfat etdi - Foto
Foto
Sumqayıt Tibb Mərkəzinin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevti Şahin Əliyev vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzi məlumat yayıb.
1978-ci ildə Sumqayıt şəhərində anadan olan Şahin Əliyev 1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində ali təhsil alıb. 2001–2002-ci illərdə 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında terapiya üzrə internatura keçib.
O, 2002–2022-ci illərdə Sumqayıt 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında sahə həkimi vəzifəsində çalışıb. 2022-ci il yanvarın 4-dən etibarən isə 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevti kimi fəaliyyətini davam etdirib.
Şahin Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Millimiz ili qələbə ilə yekunlaşdırdı - Video-Yenilənib