Ötən gün axşam saatlarında rus ordusu Odessaya yenidən ballistik raketlərlə hücum edib.

BUTA.TV xəbər verir ki, bunu Odessanın hərbi administrasiyasının rəhbəri Oleq Kiper deyib.

O, 14 nəfərin xəsarət aldığını bildirib:

“Zərbələr nəticəsində mülki infrastruktura ziyan dəyib”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Odessaya endirilən zərbələri şərh etmir və bildirir ki, yalnız hərbi hədəfləri vurur.