Mayın 15-dən Qazaxıstanın aşağıbüdcəli "FlyArystan" aviaşirkəti Aktaudan Bakıya birbaşa uçuşlara başlayacaq.

BUTA.TV xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında deyilir.

Birbaşa reyslər həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, hazırda “Azərbaycan Hava Yolları” QSC (AZAL) Aktaudan Bakıya hər gün birbaşa uçuşlar həyata keçirir.