Böyük Britaniya hökuməti İordan çayının qərb sahilində yaşayan fələstinlilərə qarşı zorakılıq çağırışı etdiyi üçün İsrailin ifrat sağçı “Lehava” və “Noar Haqvaot” təşkilatlarına sanksiya tətbiq edib.

BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, dörd israilli fəal da sanksiyaya məruz qalıb.

Tətbiq olunan sanksiyalar bu təşkilatların hesablarına həbs qoyulmasını, habelə fiziki şəxslərin Britaniyaya girişinə qadağa qoyulmasını nəzərdə tutur.

Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib?