Ukraynaya silah verməyəcəyik – İsveçrə
İsveçrə Ukraynaya silah verməyəcək.
BUTA.TV xəbər verir ki, bunu İsveçrə Prezidenti Viola Amherd deyib.
“Fövqəladə Hallar Qanunu müzakirə olunmayıb. Fövqəladə vəziyyət hüququ yalnız son dərəcə zəruri hallarda, məsələn, COVID-19 böhranı zamanı istifadə edilə bilər. Parlament hazırda hərbi texnika haqqında qanuna düzəlişi müzakirə edir”, - Amherd bildirib.