Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xankəndi Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə yeni rəis təyin olunub.
Əmrə əsasən polis kapitanı Alim Eldar oğlu Bağırov bu vəzifəyə təyinat alıb. A.Bağırov bunadək Göygöl rayon Polis Şöbəsinin Narkomaniya Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində çalışıb.Məlumat üçün onu da bildirək ki, A.Bağırov uzun müddət Xocalı rayon Polis Şöbəsinin rəisi olan mərhum Eldar Bağırovun oğludur
Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib?