HƏMAS Qəzza zolağının cənubundakı Rəfah şəhərinin boşaldılması qərarına cavab olaraq İsraillə danışıqları dayandırmağı düşünür.

BUTA.TV xəbər verir ki, bu barədə “Sinxua” rəsmi mənbəyə istinadən məlumat yayıb.

“HƏMAS şərqi Rəfahın boşaldılması qərarına cavab olaraq İsraillə danışıqları dayandırmağı düşünür”, - mənbə bildirib.

Qeyd edək ki, İsrail Qəzzanın cənubundakı Rəfahda planlaşdırılan quru əməliyyatından əvvəl şəhərin şərq hissəsinin sakinlərini humanitar zonalara təxliyə olunmağa çağırıb.

600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq 600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq