Almaniya məcburi hərbi çağırışı bərpa etmək istəyir.

BUTA.TV xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, Almaniyanın müdafiə naziri Boris Pistorius hökumətin 2011-ci ildə qəbul etdiyi qərarı ləğv etmək niyyətindədir.

Onun fikrincə, sözügedən tarixdə qəbul edilən qərar səhvdir, çünki fövqəladə vəziyyətdə ordunun sayını artırmağa imkan vermir.