HƏMAS İsrailə şiddətli müqavimət göstərir: İki tank vuruldu
HƏMAS-ın hərbi qanadı “İzəddin əl-Qəssam” Briqadası Qəzzanın şimalında Cəbəliyyə qaçqın düşərgəsində İsrail əsgərlərinə şiddətlə müqavimət göstərirlər.
BUTA.TV xəbər verir ki, bu barədə HƏMAS-ın Teleqram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
“Cəbəliyyənin şərqində Əl-Məbhuh bölgəsində düşmən hücumunu dəf edən zaman döyüşçülərimiz “Əl Yasin” tank əleyhinə mərmilərdən istifadə edərək iki İsrail “Merkava” tankını vurublar”, - deyə bildirilib.