Qazaxıstanda sabiq nazir 24 il azadlıqdan məhrum edildi
Astana məhkəməsi keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayevi həyat yoldaşı Səltənət Nukenovanı qətlə yetirməkdə təqsirli bilərək 24 il müddətinə azadlıqdan məhrum edib.
BUTA.TV xəbər verir ki, bu barədə məhkəmədən məlumat verilib.
Qeyd edək ki, Bişimbayev Astanadakı "Bau" restoranında həyat yoldaşı Səltənət Nukenovanı mübahisə zəminində döyərək öldürmüşdü.