Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Kürdəmir və Saatlı şəhərlərində bəzi ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Nazirliyin mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, bununla əlaqədar ərazilərə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.