İsrailə aviabombaları göndərməyəcəyik - Ağ Ev
ABŞ İsrailə əvvəllər dondurulmuş aviabombaları təchizatını hələ də bərpa etməyib.
BUTA.TV xəbər verir ki, bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Ağ Evin sözçüsü ABŞ-ın İsrail ordusunu səkkiz növ silahla təmin etdiyini bildirsə də, konkret hansı silahlardan söhbət getdiyini açıqlamayıb.