Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin verdiyi açıqlama müzakirələrə səbəb olub. Belə ki, o, deputatlıqla bağlı təklif gələrsə, fikirləşə biləcəyini deyib.

Kult.az xəbər verir ki, A.Rzayev bununla bağlı Globalinfo.az-a açıqlama verib.

O, əslində belə bir niyyətinin olmadığını bildirib:

“Mən deputat olmaq istədiyimi deməmişəm. Düzü, heç belə bir fikrim də yoxdur. Ona görə də, nazmizədliyimi irəli sürməyi düşünmürəm”, - Anar Rzayev deyib.