Bakı şəhərinin Suraxanı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, rayonda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları 60 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.