Abşeron rayonunun Novxanı qəsəbəsindən Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsinə gedən 537 nömrəli marşrut avtobusunun qeyri-adi hərəkət istiqaməti diqqət çəkib.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlardan görünür ki, sərnişinləri daşıyan avtobus ənənəvi yol əvəzinə dəniz kənarı ilə hərəkət edir.

Maraqlı mənzərə ilə qarşılaşan sərnişinlər bu dəfə mənzil başına çatanadək yolboyu dəniz mənzərəsini izləmək imkanı əldə ediblər.

Qeyd edək ki, avtobusun dəniz sahili ilə hərəkət etməsinə səbəb yolda aparılan təmir işləri olub.

İstanbul hava limanında azərbaycanlılar üçün yenilik... İstanbul hava limanında azərbaycanlılar üçün yenilik...