Güllələnən baş nazir yenidən əməliyyat olundu
Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Zuzana Dolinkova məlumat verib.
Nazir Fitsonun yenidən əməliyyat olunduğunu qeyd edib:
"Əməliyyat iki saat davam edib və cərrahiyyə əməliyyatı uğurla başa çatıb".
Qeyd edək ki, mayın 17-də Fitsoya sui-qəsd edilib.