Tokatda partlayış baş verdi: 7 nəfər yaralandı - Video
Türkiyənin Tokat vilayətindəki yaşayış evlərinin birində partlayış baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, gələn çağırış əsasında jandarma dəstəsi Hörmüzlü kəndində yerləşən bağ evlərindən birinə girərkən partlayış baş verib.
Nəticədə beş jandarma əməkdaşı və iki mülki vətəndaş yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Partlayışın səbəbi barədə rəsmi açıqlama verilməyib.