Türkiyədə avtobus qəzaya uğradı: yaralılar var
Türkiyənin Bitlis şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus dərəyə aşıb. Qəza nəticəsində 7 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.