Xəbər verdiyimiz kimi, İran Prezidenti və digər dövlət rəsmilərinin olduğu helikopter qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, qəzadan dərhal sonra Teleqram kanallarında maraqlı məlumat paylaşılıb.

Qeyd olunub ki, mayın 7-də Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmana sui-qəsd xəbəri yayıldı.

13-14 may tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı hərbi çevriliş xəbərdarlığı ilə bağlı məlumat verildi.

15 mayda Slovakiya Baş naziri Robert Fitsoya sui-qəsd edildi.

16 mayda Serbiya Prezidenti Aleksandr Vuçiçi təhdid edən şəxs saxlanıldı.

Mayın 19-da isə İran Prezidenti İbrahim Rəisinin helikopteri qəzaya uğradı.