İran Prezidenti İbrahim Rəisi bazar günü Ermənistana səfər etməyi planlaşdırsa da, səfər son anda təxirə salınıb.

BUTA.TV xəbər verir ki, bu barədə TASS-a mənbə məlumat verib.

“O cümlədən, bazar günü Rəisinin Ermənistan ərazisində nəqliyyat dəhlizlərinin açılışında iştirak edəcəyi gözlənilirdi”, - mənbə bildirib.

Qeyd edək ki, Prezident İbrahim Rəisinin helikopteri qəzaya uğrayıb. Xilasedicilər hələ də qəza yerini tapmayıblar.