Ukrayna Prezidenti Volodimir Zelenski Sinqapurda keçirilən “Şanqri-La Dialoq” beynəlxalq təhlükəsizlik forumu çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında məlumat verib.

“ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə görüşdə əsas müzakirə mövzusu Ukraynanın müdafiə ehtiyacları, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, F-16 təyyarələrinin tədarükü, ikitərəfli təhlükəsizlik sazişinin hazırlanması olub”, - Zelenski bildirib.

O, danışıqların təfərrüatlarını açıqlamayıb.

Zelenski, həmçinin ABŞ Prezidenti Co Baydenə Rusiya ərazisinə Amerika silahları ilə müdafiə zərbələri endirmək qərarına görə təşəkkür edib.

İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar