Şəkidə yaşayış evində partlayış baş verdi: yaralılar var
Şəki rayonunda yaşayış evində partlayış baş verib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə Baş Göynük kəndində qeydə alınıb.
Partlayış zamanı iki nəfər - 1946-cı il təvəllüdlü Seyidov Məhəmməd Mehralı oğlu və 1952-ci il təvəllüdlü Seyidova Güllü Həmid qızı yanıq xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.