İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandirlərindən biri Sərdar Vəciullah Muradi ölüb.

BUTA.TV xəbər verir ki, bu haqda SEPAH-ın Teleqram kanalı məlumat yayıb.

Qeyd olunur ki, Sərdar Vaciullah Muradi 2020-ci ildə qətlə yetirilən Qüds qüvvələrinin komandanı general-mayor Qasım Süleymaninin yaxın silahdaşı olub.

Onun hansı səbəbdən öldüyü haqda məlumat verilməyib.