Bu gün OPEC+ ölkələri nazirlərinin görüşü baş tutub.

BUTA.TV xəbər verir ki, bu barədə TASS mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, nazirlərin bir qismi Ər-Riyadda toplaşıb, bir qismi isə görüşə onlayn formatda qatılıb.

Görüş zamanı OPEC+ neft hasilatının azaldılması ilə bağlı könüllü öhdəlikləri 2024-cü ilin üçüncü rübünə qədər uzadıb.