Ukrayna kimi seçdi: İsraili, yoxsa Fələstini? - Zelenski
Ukraynanı dəstəkləyib-dəstəkləməməsindən asılı olmayaraq, İsveçrədə keçiriləcək Qlobal Sülh Sammitinə dünyanın bütün ölkələri (Rusiya istisna olmaqla) dəvət edilib.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski beynəlxalq mediaya müsahibəsində deyib.
O bildirib ki, bizim ikili standartlarımız yoxdur, ona görə də kiminsə xoşuna gəlsə də, gəlməsə də, həm Fələstini, həm də İsraili sülh sammitinə dəvət etdik.
“Sülh sammitinə yalnız Rusiya dəvət edilməyib”, - Zelenski qeyd edib.