Tramp Həbib Nurməhəmmədovla görüşdü və söz verdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp UFC üzrə keçmiş çempion Həbib Nurməhəmmədovla görüşüb.
BUTA.TV xəbər verir ki, onların görüşü ilə bağlı MMA döyüşçüsü Tam Khan X sosial şəbəkəsində görüntülər paylaşıb.
Nurməhəmmədov Trampın Fələstində müharibəni dayandıracağına ümid etdiyini bildirib.
Tramp isə cavabında Fələstində müharibəni dayandıracağına söz verib
“Biz buna son verəcəyik. Mən bunu dayandıracağam”.
Trampın həmçinin Nurməhəmmədovu sevimli döyüşçüsü adlandırdığı bildirilib.