Tovuzda maşın Kürə aşdı: 3 nəfər suda batdı
Tovuz rayonunda içində dörd nəfər olan avtomobil çaya düşüb.
BUTA.TV xəbər verir ki, VAZ-2107 markalı avtomobilin Kür çayına aşması nəticəsində, 1992-ci il təvəllüdlü Turqud İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov çaya düşüb. Onlardan T.İbrahimov çaydan çıxa bilib.
Digərlərinin axtarışı davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.