İsrail ordusu Livanın cənubunda Hizbullahın hədəflərinə hücum edib.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusu (ÇAXAL) məlumat yayıb.

“Bazar günü İsrail qırıcıları Livanın cənubundakı Nakura, Marun əl-Ras və Xiam bölgələrində Hizbullahın atış meydançasına və hərbi hədəflərə zərbələr endirib”, - məlumatda deyilir.