Husilər İsrail bazasını "Fələstin"lə vurdu
Husi qruplaşması İsrailin cənubundakı Eylat şəhərinə hərbi hədəflərə ballistik raketlə zərbə endirib.
BUTA.TV xəbər verir ki, bu barədə husilərin nümayəndəsi məlumat verib.
"Yəmən silahlı qüvvələri işğal olunmuş Fələstinin cənubundakı Umm ər-Rəşraş bölgəsində (Eylatın ərəbcə adı - red) İsrailin hərbi hədəfinə “Fələstin” ballistik raketi ilə zərbə endirib", - deyə bildirib.