Britaniya bu ölkəyə xəbərdarlıq etdi: İsrail hücum edəcək!
Son günlər Beyruta İsrailin mümkün hücumu ilə bağlı təhdidləri ehtiva edən diplomatik mesajlar gəlir.
BUTA.TV xəbər verir ki, bu barədə Hizbullaha yaxın Livanın “Əl-Əxbar” qəzeti məlumat yayıb.
Məlumata görə, dünyanın müxtəlif ölkələrindən olan əksər diplomatik nümayəndələr İsrail təhlükəsinin ciddiliyindən narahat olduqlarını bildiriblər:
“Ən ciddi xəbərdarlıq Britaniya tərəfdən gəlib. Bu da İsrailin iyunun ortalarında hücum edə biləcəyini göstərir. İngilislər də müddəti və miqyası məlum olmayan müharibəyə hazırlaşmağı məsləhət görüblər”.
Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı - Yenilənib