İran Avrasiya İqtisadi İttifaqında müşahidəçi ölkə statusu almaq üçün ərizə təqdim edib.

BUTA.TV xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının idarə heyətinin rəhbəri Bakitjan Saqintayev deyib.

"Ərizəni mayın 27-də almışıq, indi müvafiq prosedurlara başlayırıq", - Saqintaev Avrasiya Hökumətlərarası Şurasının bu gün keçirilən iclasında bildirib.