Ermənistanla Gürcüstan arasında son illərdə dayanmış delimitasiya prosesi davam etdirilməli və məntiqi sonluğa çatdırılmalıdır.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan parlamentdə çıxışında deyib.

O həmçinin əlavə edib ki, İrəvan Qara Dəniz Kabel layihəsində iştirak etmək istəyir və Gürcüstanın dəstəyinə ümid edir.

Nazir müavininin sözlərinə görə, bunun üçün enerji infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi tələb olunur.