Ədliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib.

BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, yeni nazir müavini Ali Məhkəmənin hakimi Abiddin Hüseynov olub.

Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.

A.Hüseynov bu gün kollektivə təqdim olunacaq.

O, ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.