Türkiyə əməliyyat keçirdi: 3 terrorçu məhv edildi
Türkiyənin Van əyalətinin Başqala rayonu ətrafında terror qruplaşmasına qarşı “Bozdoğan - 41” antiterror əməliyyatı keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya bildirib.
Məlumata görə, antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib.