Ermənistanın müdafiə naziri Suren Papikyan Sofiyda bolqarıstanlı həmkarı Atanas Zapryanovla görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüşdə nazirlər hərbi-texniki sahədə əməkdaşlıq imkanlarından danışıb, NATO və digər çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin inkişaf perspektivləri barədə müzakirə aparıblar.