ABŞ Gürcüstana viza sanksiyası tətbiq edəcək
Dövlət Departamenti onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına qarşı viza sanksiyaları tətbiq etməyə, xarici agentlər haqqında qanunla bağlı əlavə tədbirlər görməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə Amerika Xarici Siyasət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.