Şəkidə bədbəxt hadisə nəticəsində 61 yaşlı kişi ölüb.

BUTA.TV Report-a istinadən Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıca kəndində baş verib.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Qiyas Məmmədbağır oğlu Mehdiyev kombaynın ön hissəsini təmir edərkən kombayn hərəkətə gəlib və o, kombaynım altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.