Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dən BUTA.TV-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Bakı şəhəri, Yasamal rayon 133 nömrəli, Xəzər rayon 136, 241 və 183 nömrəli tam orta məktəblərində, Nərimanov rayonu ərazisində yerləşən "Peşəkar Futbol Liqası" İctimai Birliyində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində, Sumqayıt RM tərəfindən "A+CO" MMC-də və Abşeron rayon Qobu qəsəbə 2 nömrəli, Gəncə RM tərəfindən Gəncə şəhər M.Ş.Vazeh adına 16 və 28 nömrəli tam orta məktəblərində, "Gədəbəy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdə və Gədəbəy qızıl-mis emalı zavodunda və Gəncə şəhər 26 nömrəli məktəb-lisey kompleksində, Aran RM tərəfindən Mingəçevir şəhər 14 nömrəli, Kürdəmir rayonu, Dəyirmanlı kənd tam orta ümumtəhsil məktəblərində və Goranboy Peşə məktəbinin Xocalı filialında, Şimal-Qərb RM tərəfindən Balakən şəhər Z.Əliyeva adına, Şamaxı rayonu, Adnalı kənd və Qobustan şəhər A.Çernyayevski adına 1 nömrəli, Qarabağ RM tərəfindən, Ağcabədi rayonu, Akif Sultanov adına Kürdlər kənd, Beyləqan şəhər Mehdi Mehdizadə adına 3 nömrəli, Füzuli rayon, Horadiz şəhəri Fəqan Zalov adına 3 nömrəli, Cənub RM tərəfindən Yardımlı şəhər V.Məmmədov adına 2 nömrəli tam orta ümumtəhsil məktəblərində və və Masallı Dövlət Regional Kollecində, Muğan RM tərəfindən Biləsuvar rayonu, Xırmandanlı kənd 2 nömrəli, Şimal RM tərəfindən isə Quba şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınlar və zəlzələ ilə bağlı zəruri davranış qaydaları, habelə kütləvi qırğın silahları ilə əlaqədar təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

KMBİ-nin tələbələri şantaj edərək hədə-qorxu ilə pul tələb etdiyi üçün saxladığı şəxs haqda - Qərar verildi KMBİ-nin tələbələri şantaj edərək hədə-qorxu ilə pul tələb etdiyi üçün saxladığı şəxs haqda - Qərar verildi