Qaxda ağaclar magistral yolu bağlayıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, axşam saatlarında əsən güclü külək nəticəsində Yevlax-Zaqatala-Gürcüstan Sərhədi magistral yolunun rayonun Tasmalı kəndindən keçən hissəsində iri gövdəli ağaclar magistral yola aşıb.

Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Hazırda yolun açılması istiqamətində işlər aparılır.

Bəxtiyar Dali ilə bağlı qərar verildi Bəxtiyar Dali ilə bağlı qərar verildi